19:09 24.02.2019 1830

Bordin Hacıyevi "razborka"ya çağırdı: "Ona dedim ki, gözlə..."

"Əlbəttə, oyuna yaxşı başladıq, hətta Dabo qol vurdu. Ancaq ofsayd olduğuna görə sayılmadı". 

Fanat.Az xəbər verir ki, bu sözləri Premyer Liqanın XVIII turunda "Səbail"ə 1:2 hesabı ilə uduzan "Neftçi"nin baş məşqçisi Roberto Boordin deyib.

İtaliyalı mütəxəssis oyunla bağlı fikirlərini bildirib: "Ardıcıl qollar buraxdıqdan sonra bizə çətin oldu. Çox neqativ nəticədi. Oyunu idarə edən tərəf biz idik. Ancaq hesabda 2 top geri düşəndə daha çox enerji itirirsən. 1:2-dən sonra axıradək vuruşduq. Ancaq istədiyimiz nəticəni əldə edə bilmədik. Komadamın ümumi oyunundan razı qaldım. Çoxlu qol imkanı yaratdıq. Hətta son dəqiqələrdə Mbodjun də qol imkanı vardı. Ancaq hesabı bərabərləşdirə bilmədik".

"Deməzdim ki, çox istəkli olduğumuz üçün "yandıq". Oyuna yaxşı hazırlaşmışdıq, meydana da 3 xal üçün çıxmışdıq. Yaxşı mübarizə apardıq, amma istəyimizi hesabda əks etdirə bilmədik. Rəqibdən 2 top buraxacağımızı gözləmirdik. Matça fərqli formada hazırlaşmışdıq. 2 top buraxdıqdan sonra çox dəyişikliklər etməli oldum" deyə Bordin bildirib.

Baş məşqçi Ruslan Abışovun heyətdən kənarda qalmasının səbəbini açıqlayıb: "Ruslanda bərpa prosesi yaxşı gedir. Yavaş-yavaş hazırlaşır. Sadəcə, meydan üçün tam hazır deyil. Bunun üzərində iş gedir".

Bordin rəqib baş məşqşi Aftandil Hacıyevlə aralarındakı qalmaqaldan da danışıb: "Oyun epizodunda Baqali Daboya qarşı kobudluq edilmişdi. Buna görə futbolçular arasında mübahisə ola bilər. Ancaq rəqib baş məşqçinin futbolçularıma söz deməyə, onların hərəkətinə müdaxilə etməyə ixtiyarı yoxdu. Mənim də iradım buna görə oldu ki, get, öz oyunçularınla maraqlan. Ancaq səsini qaldırdı ki, bu düzgün deyil. Dedim ki, televiziya qarşısındayam, oyundan sonra gözləyirsən söhbət edərik, bir-birimizi başa düşərik. Amma o, gözləmədi. Mənə deməyə başqa sözü var idisə, gözləyərdi".

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

09:00

"Mən Qvardiola və Mourinyu ilə müqayisədə heç kiməm" - Dünya çempionu olan məşqçi

01:06

Zamiq Albaniya çempionu oldu

00:44

İtaliya A Seriyası: "Fiorentina"nı da evə xalsız göndərdilər, "Roma"nı da

00:25

Konfrans Liqasının finalına hakim təyinatları açıqlandı

00:07

Türkiyə Super Liqası: Kardozo het-trik etdi, komandası qazandı

12 May 2025
23:37

Avropa Liqasının finalı almana tapşırıldı

23:09

Rafinyanın "Barselona"dakı aqibəti necə olacaq? - SON DURUM

22:52

Türkiyə klubunda gözlənilməz ayrılıq - Çempion məşqçini istefaya göndərdilər

22:27

Simeone "Napoli"dən ayrılır, İtaliyadan yox

21:50

Ranyerini bu iki mütəxəssisdən birinin əvəzləyəcəyi dəqiqləşdi - ADLAR

21:15

Əvəzedicilər Liqası: Tura 10 qolla yekun vuruldu

20:42

"Qarabağ"ın məşqçisi UEFA-nın kursunda təlimatçı qismində iştirak etdi

Facebookdan bizi izləməyi unutmayın.
X