16:30 27.02.2019 1363

"Səbail"in argentinalısı: "Futbolda maddi maraqlar hər zaman..."

"Səbail"in futbolçusu İmanol İriberrinin klubun rəsmi saytına müsahibəsi. 
 
– Karyeranıza baxarkən diqqəti ilk cəlb edən indiyə qədər oynadığınız klubların sayı olur. Tez-tez, demək olar ki, hər mövsüm klub dəyişmisiniz. Bunun səbəbi nə idi?
– Argentinadan çox gənc yaşımda ayrıldım, Paraqvaya getdim. Bu ilk təkan idi. Karyeramın çox hissəsini Venesuela və Boliviyada keçirmişəm. Bəzən getdiyim ölkələrdə olan vəziyyət mənim orada uzun müddət qala bilməməyimə gətirib çıxarıb. Bəzən yaxşı təkliflərə və bəzən isə daha yaxşı hədəflərə görə başqa klublara getmişəm. Venesueladakı siyasi vəziyyətə görə qərara aldım ki, ailəmlə birlikdə oranı tərk edim. Mənim üçün futbolda maddi maraqlar hər zaman ikinci planda olub. Fikirləşirəm ki, futbol Allahın bir lütfüdür. Qısa futbolçu karyerası ərzində futboldan öyrənmək, oyundan həzz almaq daha önəmlidir.

– Argentina, Paraqvay, Portuqaliya, Venesuela və s. kimi ölkələrin klublarında oynamısınız. İndi isə tam fərqli bir futbol mühitinə düşmüsünüz. Bu barədə fikirlərinizi bilmək istərdik…
– Düzünü deyim ki, həmişə Azərbaycana gəlmək şansım olub. Hələ "Boavişta”da oynayarkən menecerimlə bu barədə söhbət etmişdim. Əlbəttə, futbol cəhətdən hər bir ölkənin özünəməxsusluğu var. Həmişə başqa ölkəyə gedərkən adaptasiya bir az çətin olur. Amma Bakıya gəlməzdən əvvəl burada oynayan dostlarımdan Huqo Barqas Qarsiya ilə Azərbaycan futbolu barədə danışmışdım və ölkə haqqında çox müsbət fikirlər eşitmişdim. Bu şans yarananda, artıq heç bir tərəddüd etmədən qəbul etdim. Burada həm futbolçular, həm çempionat məni müsbət mənada çox təəccübləndirdi.

– Ölkəmiz barədə eşitdikləriniz sayəsində formalaşan təsəvvürünüz və burada gördükləriniz bir-birini nə dərəcədə tamamlayır?
– Hər bir futbolçu hər hansı ölkəyə getməzdən öncə özü üçün araşdırma aparır, dost-tanışlarından məsləhət alır. Hər zaman Azərbaycan barədə müsbət təsəvvürüm olub. Buraya gəldikdən sonra həqiqətən çox düzgün qərar verdiyimə əmin oldum. Bakı çox gözəl şəhərdir. İnsanlar həddindən artıq mehribandır. Hələ ilk gündən bunu hiss etdim. Baxmayaraq ki, "Səbail” gənc klubdur, inanıram ki, biz çalışaraq öz hədəflərimizə nail olacağıq.

– Artıq çempionatımızda debüt etmisiniz. İlk oyununuz barədə təəssüratlarınız necədir?
– 2-ci hissədə meydana daxil oldum. Əlbəttə, əvəzetmədən oyuna daxil olmaq asan deyil. Çünki başqa futbolçularla eyni ritmdə olmursan, digərləri ilə konsentrasiya fərqli olur. Amma sevinirəm ki, qalib gəldik. Çempionat çox çətindir və qarşıda bizi ağır oyunlar gözləyir. Fikrimcə, daha az səhvə yol verən komanda müsbət nəticəyə daha yaxın olacaq. Qarşıda bizi çempionatın hazırkı lideri "Neftçi” ilə çox çətin oyun gözləyir. İnanıram ki, futbolçularımız Azərbaycan çempionatında oynayan istənilən kluba qalib gəlmək əzmindədir.

– Komandadakı ab-hava sizi qane edirmi?
– Çox istedadlı, sadə və çalışqan komanda ilə qarşılaşdım. Birinci məşq çox çətin idi. Adaptasiya dövrü, uyğunlaşma… Amma futbolun bir dili var, bütün dünyanın hər yerində futbolun dili eynidir və bu dil bizi birləşdirir. Komanda yoldaşlarıma təşəkkür edirəm. Onlar məni çox mehriban qarşıladılar. Komandamızda istedadlı oyunçular var və əminəm ki, hədəflərimizə nail olacağıq. Bunun üçün bütün varlığımla səy göstərəcəyəm. Çünki Azərbaycanda qalmaq və burada uğur qazanmağı çox istəyirəm.

– "Səbail”in azarkeşlərinə sözünüz…
– Azarkeşlərimizin hər zaman "Səbail”in yanında və hər zaman "Səbail”ə dəstək olmalarını arzu edərdim.

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
17:56

"Roma" A Seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yenilədi

17:38

Azərbaycan millisi ardıcıl 2 qələbə ilə Ukrayna və Sinqapura rəqib oldu

17:20

Taleh də "Mingəçevir"i tərk etmək qərarına gəldi - SƏBƏB

17:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:02

"Turan Tovuz" hücumçusu ilə vidalaşdı - RƏSMİ

16:44

Seneqallı dayaq yarımmüdafiəçisi "Fənərbağça"da - RƏSMİ

16:26

"Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq..." - Ceyhun Nuriyev

16:08

Yunuszadə Premyer Liqa klubu ilə müqavilə bağlamaq üzrədir

15:53

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

Facebookdan bizi izləməyi unutmayın.
X