"Səbail"in futbolçusu Vüqar Bəybalayev hüşunu itirib.
Fanat.Az xəbər verir ki, hadisə "Sumqayıt"la keçirilən Premyer Liqanın XIX turunun oyununda baş verib.
Belə ki, qarşılaşamanın 2-ci dəqiqəsində hava mübarizəsi zamanı başından zərbə alan futbolçu hüşunu itirib. Həkimlərin müdaxiləsindən sonra özünə gələn Vüqar oyunu davam etdirə bilməyib və Ədilxan Qarəhmədov tərəfindən əvəzlənib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol