19:24 03.03.2019 2140

\"Qarabağ\" qələbə qazandı, \"Qəbələ\" xal itirdi

Bu gün Topaz Premyer Liqasında XIX tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.

İlk oyun Zirədə keçirilib və yerli komanda "Qəbələ"ni qəbul edib. Bu görüşü hər iki komanda üçün şans saymaq olardı. Çünki "Zirə" qələbə təqdirində autsayderdən bir qədər uzaqlaşmış olacaq, "Qəbələ" isə dünən büdrəyən 3-cü pillədəki "Səbail"lə fərqi 4 xala endirəcəkdi. Lakin tərəflərdən heç biri qələbə qazana bilməyib - 1:1. "Qəbələ" 57-ci dəqiqədə Bəxtiyar Həsənalızadənin avtoqoluna sevinib. 30 dəqiqə sonra "Zirə"dən Fofana İsmael bərabərliyi təmin edib.

Turun qapanış oyunu "ASK Arena"da olub. "Keşlə" son 4 görüşün hamısında qol vurduğu "Qarabağ"ı qəbul edib. Son pilləni "Sumqayıt"la bölüşən bakılılar burdan qurtulmaq üçün ən azı heç-heçə etməli idi. "Qarabağ"ı isə qələbədən başqa nəticə qane etmirdi. Çünki xal itkisi "Neftçi"ni yenidən vahid liderə çevirəcəkdi. "Qarabağ" sürprizə imkan verməyib və Araz Abdullayevin yeganə qolu ilə qələbə qazanıb.

Qeyd edək ki, turun iki oyunu dünən keçirilib. "Səbail" - "Sumqayıt" oyununda hesab açılmayıb, "Neftçi" "Sabah"a qalib gəlib - 3:0.
 
Premyer Liqa
2018/19 mövsümü
III dövrə, XIX tur

3 mart
Zirə - Qəbələ 1:1
Qollar: Fofana İsmael, 87 - Bəxtiyar Həsənalızadə, 57 (avtoqol).
Zirə: 85. Kamal Bayramov (k), 2. İlkin Qırtımov, 6. Vüqar Mustafayev, 9. Aleksandr Dedov, 11. Dilan Duventru, 14. Bəxtiyar Həsənalızadə, 18. Xulio Sezar Rodrigez, 27. Adrian Skarlatake, 23. Mfo Kqasvane, 38. İlkin Muradov, 88. Tellur Mütəllimov.
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 62. Abdulla Seyidəhmədov, 8. Kamal Mirzəyev, 10. Sadio Tounkara, 17. Robin Nqalande, 20. Fofana İsmael, 26. Miloş Radivoyeviç, 39. Sadiq Quliyev, 77. Mirsahib Abbasov, 91. Bilal Həmdi, 99. Rafael Məhərrəmli.
Baş məşqçi: Samir Abasov.
Qəbələ: 22. Dmitri Bezotosnı, 2. Amin Seydiyev, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 14. Cavid Hüseynov (k), 17. Ceyms Adeniyi, 21. Atakora Lalavele, 27. Bəhlul Mustafazadə, 28. Stiven Monroz, 88. Sabien Lilay.
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 35. Murad Popov, 6. Rüstəm Nuruyev, 9. Davit Volkov, 10. Rauf Əliyev, 11. Asif Məmmədov, 18. İlqar Qurbanov, 34. Urfan Abbasov, 77. Samir Qurbanov.
Baş məşqçi: Zaur Həşimov.
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Əli Cəbrayılov, Namiq Bəkirov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Zirə İdman Kompleksinin stadionu. 
 
Keşlə - Qarabağ 0:1
Qol: Araz Abdullayev, 16.
Keşlə: 1. Kamran Ağayev (k), 4. Slavik Alxasov, 9. Amil Yunanov, 11. Vüsal İsgəndərli, 17. Samir Məsimov, 21. Angelo Pena, 22. Nikola Mitroviç, 25. Con Kamara, 33. Tərlan Quliyev, 65. Cabir Əmirli, 93. Edvinas Girdvainis.
Ehtiyat oyunçular: 30. Davud Kərimi, 2. Sərtan Taşqın, 8. Seymur Əsədov, 10. Ruslan Nəsirli, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 32. Valeri Kutsenko, 66. Murad Qayalı, 91. Nurlan Quliyev, 90. Orxan Fərəcov, 95. Cavid Əliyev.
Baş məşqçi: Tərlan Əhmədov.
Qarabağ: 13. Vaqner da Silva, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev (k), 9. Araz Abdullayev, 10. Dani Kintana, 11. Mahir Mədətov, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 52. Yakub Jezniçak, 77. Donald Gerye.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 1. Hannes Halldorsson, 6. Simeon Slavçev, 7. İnnosent Emeqara, 14. Rəşad Sadıqov, 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacılı, 25. Ansi Aqolli, 70. Nicat Süleymanov.
Baş məşqçi: Qurban Qurbanov.
Hakimlər: Orxan Məmmədov, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Nahid Xasıyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
"ASK Arena”. 
 

Klub

O

Q

H/H

M

T/F

X

1

Neftçi

19

12

5

2

33:13

41

2

Qarabağ

19

12

5

2

39:17

41

3

Səbail

19

9

4

6

22:17

31

4

Qəbələ

19

6

7

6

21:21

25

5

Sabah

19

6

3

10

15:26

21

6

Zirə

19

4

6

9

16:28

18

7

Keşlə

19

4

4

11

18:30

16

8

Sumqayıt

19

4

4

11

14:26

16

Bombardirlər

Baqali Dabo (Neftçi) - 9. Mahir Mədətov (Qarabağ), Marko Deviç (Sabah) - 7. Ceyms Adeniyi (Qəbələ), Mirabdulla Abbasov (Neftçi), Filip Ozobiç (Qarabağ) - 6.

Qeyd

IV turda "Zirə"yə, VIII turda isə "Qarabağ"a 0:3 hesablı texniki məğlubiyyət verilib.

P
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyun 2025
16:13

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:47

İspaniya nəhəngi yetirməsini geri qaytarır

15:19

Leroy Sane Türkiyə yolunda - 15 milyonluq maaş təklif olunur

14:48

"Araz-Naxçıvan"da yeni müqavilə - RƏSMİ

14:15

Milli üçün "Çempionlar şənliyi" olacaq

13:56

Əliyar Ağayev Serbiyanın oyununa təyinat aldı

13:19

Ərəblər "Mançester Siti"nin ulduzunu da aparırlar

12:53

Neymar koronavirusa yoluxdu

12:20

"Barselona" ter Ştegendən qurtulmağın yolunu tapdı

11:13

Paçettino "Tottenhem"ə mümkün dönüşündən danışdı - "100 məşqçidən biriyəm"

10:41

Günün oyunları bu kanallarda - AFİŞA

10:06

U-21 Sumqayıtda Monteneqro ilə qarşılaşır

09:38

Millətlər Liqasının qalibi müəyyənləşir - YENİLƏNİR

09:00

Azərbaycan millisinin rəqibi Kanada ilə bacarmadı

01:50

Türkiyə millisi ABŞ yığmasını yendi

00:51

DÇ-2026: İngiltərə səfərdə 1, Niderland 2 qolla qazandı

07 İyun 2025
23:55

3×3 basketbol üzrə Azərbaycan yığması yarımfinalda

23:03

Azərbaycan millisi tarixində ilk dəfə Avropa çempionu oldu

22:38

Azərbaycan yığması Qızıl Avropa Liqasında Monteneqroya da uduzdu

21:40

Azərbaycan millisi Gürcüstana set vermədən qalib gəldi

21:10

"Şamaxı" İsmayılovla müqavilə bağladı - RƏSMİ

20:46

"Neftçi"dən ayrılan hücumçu "Zirə"yə keçdi - RƏSMİ

20:18

"Qapıya zərbə vurmuruq" - Fernandu Santuş

19:56

"Liverpul"un sabiq futbolçusu Sequnda klubunda - RƏSMİ

19:12

Latviya - Azərbaycan matçının statistikası

18:51

Azərbaycan millisi Latviya ilə heç-heçə etdi

18:27

MS Qrilişi aldığından 3 dəfə ucuz satır - MƏBLƏĞ

17:58

Kevin De Bröyne İstanbul klubunun təklifi qarşısında "əridi" - SON DURUM

17:21

Qranit Caka İtaliya nəhənginə keçməyə yaxındır - SON DURUM

16:52

"İnter" braziliyalı futbolçu aldı - RƏSMİ

16:14

Jorjinyonun yeni klubu bəlli oldu - RƏSMİ

15:44

Osimhen yeni klubu ilə razılığa gəldi - SON DURUM

15:20

İtaliya millisinin başına tarixi ərzində belə hadisə gəlməmişdi - Antirekord

14:50

Dembele sevimli oyunçusunun adını dedi

14:16

Ançelottinin oğlunun yeni iş yeri bilindi

13:40

Niko Uilyams yekun qərarını verdi

13:11

Azərbaycan millisi ilk qələbə həsrətinə son qoya biləcək?

12:48

"Barselona"nın futbolçusu bu kluba keçmək üzrədir

11:56

"İndi beynəlxalq oyunlar üçün yaxşı vaxt deyil" - Tomas Tuxel

11:33

Azərbaycan basketbolçuları mübarizəyə başlayır

Facebookdan bizi izləməyi unutmayın.
X