"Premyer Liqada komanda sayının az olması hər dəfə müzakirə olunur. Biz də 10 komandanın olmasını istəyirik".
Fanat.Az xəbər verir ki, bu sözləri AFFA-nın Hesabat Konfransında qurumun baş katibi Elxan Məmmədov deyib.
Baş katib Premyer Liqada iştirak üçün lazım olan vəsiaitin məbləğini açıqlayıb: "Bu gün 8 komandalı çempionat gedir, autsayder liderdən xal ala bilir. "Qarabağ" hər mövsüm avrokubokların qrup mərhələsində iştirak edir. Biz də istəyirik ki, 10 komanda olsun. Amma güclü, maliyyə mənbəyi yüksək olsun. Klublarımızla sıx əməkdaşlıq edirik və tələb edirik ki, AFFA kimi maliyyə hesabatları şəffaf olsun. Bu gün Premyer Liqada iştirak üçün 2 milyon manat lazımdı. Bunun 25 faizi zəmanət olmalıdı. Bununla Azərbaycan futbolunu sığortalayırıq. Əvvəlki illərdə klublarımızın maliyyə problemi olub. Amma zəmanət məşqçilərin, futbolçuların maaşlarını sığortalayır".
Fanat.Az