"Sumqayıt”ınyarımmüdafiəçisi Aleksey İsayev yayda Azərbaycanın daha iddialı klubuna – "Qarabağ”a keçə bilər.
Fanat.Az-a futbolçuya yaxın mənbədən verilən məlumata görə, orta xətt oyunçusuyla Ağdam təmsilçisi maraqlanır. "Köhlən atlar”ın çalışdırıcısı Qurban Qurbanov "Yenisey”in 23 yaşlı yetirməsinin potensialını tam aça bilmədiyini düşünür. Xüsusi nəsə baş verməsə, İsayev mövsümün sonunda iş yerini dəyişəcək.
Məsələylə bağlı klubun rəsmi mövqeyini də öyrəndik. Ağdamlıların sözçüsü Nurlan İbrahimovdan belə cavab aldıq: "Hazırda hansısa oyunçunun keçidi aktual deyil. Mövsümün sonuna qədər çox şey dəyişə bilər”.
"Qarabağ”ın mətbuat katibinin səsləndirdiyi iki cümlə ilə kifayətlənmək çətindi. Digər tərəfdən, Nurlan bəyin ikibaşlı cavabına diqqət yetirsək, keçidin reallaşmaq ehtimalının az olmadığını sezərik.
Fanat.Az