13:34 05.03.2019 1982

"ASK Arena”da futbol oynamaq olmaz!

"Keşlə” klubunun oyunlarını keçirdiyi "ASK arena”nın süni örtüklü meydançasının durumundan narazılıqlar hələ bura "Şəfa” və "İnter Arena” adı daşıyandan olub. Neçə illərdi ki, narazılıqlar davam edir. Futbolçular, futbol mütəxəssisləri bu cür keyfiyyətsiz meydançada oynamağın yolverilməzliyi barədə həyəcan təbili çalsa da, nə klub, nə də federasiya bu məsələyə önəm verir.

Son olaraq, "Qarabağ” klubunun ispaniyalı yarımmüdafiəçisi Dani Kintana jurnalistlərə açıqlamasında narazılığını dilə gətirib. O, "Keşlə” ilə ötən həftə keçirilən Premyer Liqanın 19-cu turunun görüşündən sonra jurnalistlərə deyib: "Başa düşə bilmirəm ki, belə meydanda oynamağa necə icazə verilir? Bəli, sintetik örtüklü meydançalar var, ancaq onlar son nəsildir. Həmin meydançalarda oynamağı hardasa anlamaq olar. Ancaq bu səviyyədə necə icazə verildiyini başa düşməkdə çətinlik çəkirəm. Belə meydanlarda özümü rahat hiss etmirəm”.


Kintanın narazılığı təsüdüfi deyil. Sırf Azərbaycandakı süni meydançalarda aldığı zədədən əziyyət çəkən Dani üçün o cür bərbad örtükdə oynamaq daha çətin, bir o qədər də arzuolunmazdır.

Həmin gün meydançanın vəziyyətindən gilyelənən təkcə Kintana deyildi. Elə meydan sahibi "Keşlə”nin öz futbolçusu – serbiyalı Nikola Mitroviç də narazılığını açıq şəkildə dilə gətirmişdi: "Bu, futbol meydançası deyil. Gördüyüm ən pis meydanlardan biridir. Amma biz hər gün burada məşq edirik. Ayaqlarımız ağrıyır. Nə etmək olar? Hər an zədə almaq qorxusu var”.

Bəli, göründüyü kimi, hətta "Keşlə”nin öz futbolçusu  belə narazılıq etdiyi halda  indiyə qədər dəyişən bir şey yoxdur. Əksinə, vəziyyət daha da pisləşib. Örtüyün necə bərbad halda olduğunu görmək üçün heç meydançaya ayaq basmağa da ehtiyac yoxdu. Acı mənzərə elə kənardan da görünür. Örtüyün bir çox hissəsi o qədər yeyilib ki, futbolçular, topla oynamaq bir kənara, normal hərəkət belə edə bilmirlər. Bu cür meydançalarda mübarizə aparmaq onların zədə almaq riskini də artırır.

Qol.az saytınıın mövzu ilə bağlı müraciət etdiyi əməkdar məşqçi, AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov lap əvvəldən süni örtüyün əleyhinə olduğunu bildirib.  O da düşünür ki, "ASK Arena”da futbol oynamaq olmaz: "Bu cür meydançalarda oyun keçirmək futbolçular üçün təhlükəlidir. Oyunçular təbii otun qoxusunu hiss etməlidirlər. SSRİ dövründə Moskva "Spartak”ının süni örtüklü meydançası var idi. Əksər çalışdırıcılar, xüsisilə Kiyev "Dinamo”sunun baş məşqçisi Valeri Lobanovski orada oynamağa qarşı idi. Amma onu da deyim ki, o dövrdə süni örtükləri yaxşı düzəldirdilər, indiki kimi deyildi. Süni meydançada oynamaq olar. Amma gərək yaxşı vəziyyətdə olsun. Təbii meydançalar kimi, süni ot örtüyü də qulluq tələb edir. Bunu həftədə ən azı 2-3 dəfə sulamaq və daramaq lazımdır. "Keşlə” – "Qarabağ” oyunu zamanı mən də stadionda idim. 


Ağasəlim Mircavadov

Doğrudan da "ASK Arena”nın örtüyü tamamilə yararsız vəziyyətə düşüb. Orada futbol oynamaq olmaz. Süni örtükdə zədələr də qaçılmaz olur. Son illər futbolçularda əzələ və bel yırtığı, diz bağlarının qopması geniş yayılıb. Gənc futbolçuların çoxunda belə zədələr müşahidə olunur. Süni örtüklü meydançada bəzi təmrinləri etmək də çətindir. Top istiqamətini dəyişir, futbolçu tullanma həkətlərini yerinə yetirə bilmir. Ancaq icazə veriblər, bunlar da ev oyunlarını həmin stadionda keçirirlər”.

Vaxtı ilə "İnter”də (indiki "Keşlə” – E.S) çalışmış, hazırda isə "Qəbələ”nin meneceri olan Səbuhi Səfiyarlı isə deyir ki, "ASK Arena”ın örtüyü sonuncu dəfə 2012-ci ildə qadınlar arasında dünya çempionatından əvvəl yenilənib: "Başqa yerlərdə demək olar, hər il süni örtüyü dəyişirlər. Bizdə isə artıq 7 ildir, o meydançaya əl vuran yoxdur. Yadımdadır, bir dəfə "İnter”lə oyundan sonra Baqali Dabo zədələnmişdi və bir neçə həftə oynamamışdı. Səhv etmirəmsə, arxa əzələsini dartmışdı. Hətta məşqçi narazılıq etmiş, bildirmişdi ki, belə meydançada zədə almaq çox asandır. Dabodan başqa, Yuri Syominin vaxtında Viktor Mendi də həmin arenadakı oyunda zədələnmişdi. Ancaq örtüyü yeniləmək hamısı büdcə məsələsidir. Əlavə xərc tələb edir. Bilirsiniz ki, federasiya hər mövsümün əvvəlində stadionları təftiş edir, çempionata hazır olub-olmadığını yoxlayır. AFFA "ASK Arena”nı qəbul edibsə, biz kluba irad bildirə bilmərik. Düzdür, hamı istəyər ki, təbii örtükdə oynasın. Ancaq artıq qərar qəbul edilibsə, klubluq bir şey yoxdur. Gürcüstan Futbol Federasiyası bir müddət öncə belə bir qərar qəbul etdi ki, 2019-2020 mövsümündən etibarən yüksək və birinci liqanın oyunlarını süni örtüklü meydançalarda keçirmək olmaz. 


Səbuhi Səfiyarlı

Federasiya bizi adi bayrağın olmamağına görə cərimələyirsə, eyni şeyi stadiona görə də etməlidir ki, burada oynamaq olmaz. Amma artıq həmin arenanı qəbul ediblərsə, kluba deyə bilmərik ki, sən niyə orada oynayırsan. Çünki biz həmin örtükdə 1 oyun keçiririk və bu, kifayət edir ki, hansısa futbolçumuz zədələnsin. Klub özü isə təsəvvür edin, orada hər gün məşq edir. Onlar üçün daha ağırdır. Elə zədələr var ki, ona görə futbolçuya süni meydançada oynamağı qadağan edirlər. Bu cür örtükdə yüklənmə çox olur, ona bərpasına uzun vaxt lazımdır. Amma yenə deyirəm, bu, sırf imkandan asılı olan bir şeydir. Təbii örtük daim qulluq tələb edir. Mən özüm də o klubda işləmişəm. Bu məsələ daim aktual olub. Oyunçular tez-tez süni meydança olmağından narazılıq edirdilər. Lakin ot örtüyü təbiidirsə, sənin əlavə köməkçi meydançaların olmalıdır. "ASK Arena”da isə həm əsas, həm də əvəzedici komanda oynayır. Bunların hamısının yüklənməsini ancaq süni örtük götürə bilər. Təbii örtük buna heç bir ay dözməz. Süni meydançanın özünü yeniləmək olar. Amma bildiyim qədərilə təbii örtüklə əvəzləmək istəyirlər, yəqin, ona görə gözləyirlər”.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

Facebookdan bizi izləməyi unutmayın.
X