AFFA-nın İcraiyyə Komitəsinin dünənki iclasından sonra 6 qərarla tanış olduq. Onlardan 3-ü daha diqqətçəkən idi. İK-nın əvəzedici komandalarını 1-ci Diviziona buraxan klublara 50 min manat verilməsini, iştirakdan imtina edənlərin 100 min manat cərimələnməsini uyğun sayması isə böyük suallara meydan verdi.
Bəs görəsən, ötən mövsüm "dubl”u aşağı liqaya buraxmayan və bunu yersiz maliyyə itkisi adlandıran "Qəbələ”də bu qərara münasibət necə olub? Klub idarəçiləri nə düşünür? Məsələ ilə bağlı klubun rəsmi mövqeyini öyrəndik.
"Qırmızı-qaralar”ın sözçüsü Anar Hacıyevi dinləyək: "Fariz müəllimlə (klubun vitse-prezidenti Fariz Nəcəfov nəzərdə tutulur – red.) Elxan müəllim (AFFA-nın baş katibi Elxan Məmmədov – red.) arasında məsələ ilə bağlı ilkin danışıqlar, müzakirələr olub. Müzakirələr davam etdiriləcək. Klub olaraq qəbul edilən qərarlara hörmətlə yanaşırıq. Növbəti müzakirələrdən sonra növbəti mövsüm haqda qərar veriləcək”.
Fanat.Az