Millimizin və "Qarabağ"ın futbolçusu Mahir Mədətov karyerasını Yunanıstanda davam etdirə bilər.
Fanat.Az yerli "Sport Time" nəşrinə istinadən xəbər verir ki, Super Liqa təmsilçisi AEK 22 yaşlı hücumçu üçün "Qarabağ"la danışıqlar aparıb. Proses qış fasiləsinin sonlarında baş tutub.
Danışıqlar prosesində müsbət nəticələr əldə olunub. Amma Afina təmsilçisi transferi yayadək təxirə salıb. Mahir Mədətov yenə də AEK-in maraq dairəsindədi və gənc futbolçu yayda Super Liqaya üz tuta bilər.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol