"Keşlə”yə keçən Valeh Seyidovun Bakı təmsilçisinə keçidinin detalları bəlli olub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, son olaraq "Sumqayıt”da baxışda olan və bəyənilməyən oyunçunu kluba Zaur Axundov özü gətirib. Bir müddət "dubl”da olacağı dəqiqləşən Seyidovla bağlı əsas və əvəzedici komandaların məşqçilərinin mövqeyi belə soruşulmayıb. Buna qədər də Mahir İbrahimovun timsalında ikinci komandaya məşqçilərin fikrini soruşmadan futbolçular "yerləşdirən” Müşahidə Şurasının sədrinin kimin tapşırığını və ya xahişini nəzərə aldığı bilinmir.
"Keşlə”nin sözçüsü Səbuhi Məmmədovdan məsələ ilə bağlı klubun rəsmi mövqeyini xəbər aldıq. Cavabı belə oldu: "İstənilən futbolçunun komandalara cəlb edilməsi məşqçilər heyətinin razılığı əsasında həyata keçirilir. İstər əvəzedici, istərsə əsas komandalara...”
Fanat.Az