"Kəpəz"lə bağlı son günlər müəyyən yeniliklər var. AFFA-nın baş katibi Elxan Məmmədovun klubun Müşahidə Şurasında dəyişikliklərin olacağını açıqlaması, maliyyə problemlərinin müəyyən qədər həll olunması azarkeşləri ümidləndirib.
Bu arada Mehman Allahverdiyev də yenidən klubun idarəçiliyinə daxil olmaq üzrədi. Gəncəli mütəxəssisə yaxın mənbənin Fanat.Az-a verdiyi məlumata görə, o, son iki gündə Bakıda olub. "Kəpəz"lə bağlı müəyyən görüşlər keçirən Mehman bəy həmçinin AFFA-nın baş katibi Elxan Məmmədovla da biraraya gəlib. Baş katiblə görüşünü Allahverdiyev öz yaxın ətrafına da etiraf edib.
Görüşdə konkret hansı məsələlərin müzakirə edildiyini öyrənmək mümkün olmadı. Amma müzakirə mözusunun "Kəpəz", daha doğrusu Mehman bəyin klub idarəçiliyində yer alması ilə bağlı olduğu dəqiqdi. Görünür onun mətbuat vasitəsi ilə verdiyi "hədə mesajları" artıq öz nəticəsini verib...
Fanat.Az