"Qış fasiləsi ərəfəsində etdiyimiz səhvləri təkrarlamamağa çalışacağıq. Məqsədimiz daha diqqətli oynamaq, müsbət nəticə qazanmaqdı”.
Bu sözləri Fanat.Az-a açıqlamasında "Sabah”ın baş məşqçisi Elşad Əhmədov deyib.
Premyer Liqanın XX turu çərçivəsində sabah "Keşlə”nin qonağı olacaq deübütantın çalışdırıcısı əlavə edib: "Bütün rəqiblərə hörmətlə yanaşırıq. Oyundan öncə nəticənin necə olacağı haqda dəqiq fikir səsləndirmək düzgün alınmaz. İnamlı futbol sərgiləmək, yekunda üzülən tərəf olmamaq əsas məqsədimizdi”.
Fanat.Az