Azərbaycan millisinin qapıçısı Emil Balayevin şərəfini qoruduğu "Tobol" klubunda ilk turun ən yaxşıları müəyyənləşib.
Fanat.Az xəbər verir ki, klubun rəsmi saytı "İrtış"la qarşılaşmanın ən yaxşı 3 oyunçusunun adını açıqlayıb.
Bunlar Azat Nurqaliyev, Nika Kvekveskiri və yeni transfer Emil Balayevdi. "InStat"ın təhlilinə əsasən, rəqibin 15 zərbəsindən çərçivəyə ünvanlanan 5 topuna düzgün reaksiya göstərən yığmamızın qolkiperi üçüncü olub. Onun indeksi 268-di. Ən yaxşı statistik göstəriciyə Nurqaliyev malikdi. Sabiq "İnter" və "Qəbələ"li Kvekveskiri isə ikinci olub.