Topaz Premyer Liqada XX turun ən yaxşı futbolçusu məlum olub.
Fanat.Az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, "InStat"ın təhlilinə əsasən, bu, "Qəbələ"nin yarımmüdafiəçisi Ceyms Adeniyidi. Nigeriyalı "Səbail"ə qarşı görüşdə dubl etməklə komandasına 2:1 hesablı qələbə qazandırıb.
Araşdırmalara əsasən Ceyms Adeniyi turun ən yaxşı indeksə malik futbolçusudu.
Fanat.Az