18:58 14.03.2019 1863

Azərbaycanlıların albaniyalı "qaqa"sı - PORTRET

"Qarabağ”ın müdafiəçisi Ansi Aqolli Azərbaycanı ən titullu legioner futbolçu statusu ilə tərk edir. 

"Report"un məlumatına görə, albaniyalı oyunçu 9 il formasını geyindiyi klubun heyətində son oyununu martın 15-də Azərbaycan Premyer Liqasının XXI turunda səfərdə "Səbail"ə qarşı keçirəcək. "Köhlən atlar”ın heyətində vida matçına çıxacaq beşqat ölkə çempionunun yeni ünvanı ABŞ-ın "Nyu York Kosmos” klubu olacaq...

Tiranadan Odlar Yurduna gələn...

11 oktyabr 1982-ci ildə Tiranda doğulan Aqolli Albaniya paytaxtının eyni adlı təmsilçisinin yetirməsidir. 9 yaşında futbol həyatına qədəm qoyan Ansi peşəkar karyerasına 1999-cu ildə başlayıb. O, 2005-c ilə qədər "Tirana”ya məxsus olsa da, vətənində "Elbasani” (1999-2000) və "Apoloniya” (2002-2003) komandalarında icarə əsasında çıxış edib. Bir müddət İsveçrənin "Ksamaks” (2005-2006) və "Lütsern” (2006-2007) klublarının da formasını geyinmiş veteran müdafiəçi daha sonra Finlandiyanın VPS (2007-2009) komandasına üz tutub. Lakin o, tezliklə bir mövsümlük "Tirana” (2008-2009) klubuna icarəyə verilib.

Növbəti mövsüm Ukrayna "Krivbass”ına yollanan Aqolli 2010/2011 mövsümünü icarə əsasında "Qarabağ”da keçirib. Burada baş məşqçi Qurban Qurbanovun etimadını qazandıqdan sonra Ağdam klubu onun transfer hüququna sahib çıxıb.



8 mövsümə 8 titul qazanan...

Aqolli "Qarabağ”a gələnə qədər 11 il ərzində 7 komanda dəyişsə də, onun klub karyerası ilə bağlı ən böyük uğurları "köhlən atlar”la bağlıdır. Düzdür, o, daha əvvəl 3 dəfə Albaniya çempionluğu, 2 dəfə ölkə kuboku, 3 dəfə isə Superkuboku qazanıb. Lakin Ağdam klubu ilə 8 mövsümü geridə qoyan Ansi 5 dəfə Azərbaycan çempionluğu, 3 dəfə ölkə kubokunu qazanmaqla yanaşı, 1 dəfə Çempionlar Liqasının, 4 dəfə isə Avropa Liqasının qrup mərhələsində çıxış edib.

Cümə günü "Qarabağ”ın heyətində 317-ci oyununa çıxacaq albaniyalı indiyə qədər 4 qol vurub. Geridə qalan 316 görüşdən 223-ü çempionat (3 qol), 24-ü kubok, 69-u avrokuboklara (1 qol) təsadüf edib.

Aqolli həm də intizamlı futbolçu kimi ad çıxarıb. O, "Qarabağ”da olduğu müddətdə cəmi 1 dəfə - ötən mövsüm Premyer Liqanın X turunda "Səbail”lə görüşdə 2 sarı vərəqə alaraq, meydandan kənarlaşdırılıb. Təcrübəli müdafiəçi çempionatda 23, ölkə kubokunda 1, avrokuboklarda isə 7 "sarı” alıb.



Azərbaycanda ilkə imza atan...

Təcrübəli müdafiəçi "Qarabağ”da çıxış etdiyi müddətdə Avropa çempionatının final mərhələsində iştirak edən ilk və hələlik yeganə futbolçu kimi Azərbaycanın idman tarixə düşüb. Onun kapitanı olduğu Albaniya millisi 2016-cı il Avropa çempionatına vəsiqə qazanıb.

Aqolli AVRO-2016 haqda danışarkən bunları deyib: "Avropa çempionatı zamanı çoxlu zənglər, mesajlar aldım. Bunlar arasında "Qarabağ”lılar çox idi. "Qarabağ”ı Avropa çempionatında təmsil etməyim mənim üçün qürurverici idi”.

O, həm də hazırda Azərbaycanda çıxış edən ən yaşlı legionerdir.

Yerevanda Azərbaycana dəstək videosu çəkdirən...

Ansi təkcə futbol meydanlarında nümayiş etdirdiyi bacarığına görə deyil, həm də yüksək insani keyfiyyətləri, Azərbaycana olan sevgisi ilə azarkeşlərin rəğbətini qazanıb. Onun xüsusən Ermənistanla münaqişədə daim Azərbaycanın mövqeyini dəstəkləməsi, lazımı məqamlarda bunu dilə gətirməsi təqdirəlayiq haldır.

O, 2016-cı il aprel döyüşləri zamanı cəbhədə yaranmış gərgin vəziyyətlə əlaqədar mövqeyini nümayiş etdirib. Albaniyalı futbolçu sosial şəbəkədəki şəxsi hesabında fotosunun üzərinə Azərbaycan bayrağını yerləşdirib və #Azerbaijan haştaqı ilə paylaşıb.


Aqolli həmin il Ermənistanı səfərdə 3:0 hesabı ilə məğlub etdikləri Avropa çempionatının seçmə mərhələ oyunundan sonra maraqlı açıqlamalar verib.Yerevandan Azərbaycana salam göndərərək dəstək videosu çəkdirən Ansi "Shqiptare” qəzetinə müsahibəsində bunları deyib: "Azərbaycan və Ermənistan münaqişədədirlər. Bu, ermənilərin Azərbaycan ərazisinə soxulmasından sonra baş verib. Mənim oynadığım klub həmin ərazini təmsil edir. O ərazidən 1 milyon insan qovularaq, Bakı və digər şəhərlərdə məskunlaşıb. Əslində bu, ermənilər tərəfindən törədilmiş bir genosiddir və böyük münaqişədir”.

Aqolli Ermənistan üzərində qazandıqları qələbə qarşılığında "Qarabağ”dan aldığı mükafata da toxunub. O bildirib ki, özünü evindən uzaqda hiss etməməsi üçün Ağdam təmsilçisi ona böyük yaxşılıqlar edib: "Mən və albaniyalı komanda yoldaşım Admir Teli bu insanlara o qədər borcluyuq ki... Çünki onlar bizə öz övladları kimi diqqət göstərirlər. Tiranada Ermənistanı 2:0 hesabı ilə yenərkən, Teli ilə birgə öz baş məşqçimizdən mükafat almışdıq. Bu dəfə də qələbə qazanacağımıza söz verdik. Çünki Qurban Qurbanov bu klubda olduğum 5 il ərzində mənim üçün, peşəkar səviyyədə yetişməyimdən ötrü xeyli səylə çalışıb. Ermənistan üzərində son qələbəmizdən sonra da ondan çox yaxşı hədiyyə aldıq. Bu, bizə necə dəyər verildiyini göstərir. Mən isə qələbəmizi Bakıda və ondan kənarda yaşayan 1 milyon qaçqınla paylaşmaq istərdim. Onların taleyi müharibə vaxtı kosovolu albanlarınkına oxşayır. Ümidvaram ki, gözəl günlərin birində mən öz ölkəmə qayıdacağam və klubum da öz əcdadlarının uyuduğu doğma şəhərinə qayıdacaq”.

Albaniya prezidentinə "Qarabağ” formasını hədiyyə verən...

Ansi ölkəsində böyük nüfuza malik bir idmançıdır. Təsadüfi deyil ki, o, "Qəbələ”də çıxış edən həmvətəni Sabien Lilayla birgə bu gün Azərbaycana rəsmi səfəri başlayan Albaniya prezidenti İlir Meta ilə görüşüb. Dövlət başçısı "Twitter” hesabında hər iki oyunçu ilə birgə şəklini paylaşaraq, bunları yazıb: "Azərbaycandakı ən yaxşı səfirlərimizdən ikisi, tanınmış futbolçularımız Ansi Aqolli və Sabien Lilayı Bakıda ziyarət etmək xüsusi zövqdür”.

İ.Meta 2017-ci ildə də Bakıya gələn zaman onunla görüşüb. Həmin vaxt Aqolli prezidentə "Qarabağ”ın formasını hədiyyə edib. Albaniyalı futbolçu həmçinin Bakıda Albaniyanın sabiq prezidenti Buyar Nişani ilə də görüşüb.



İlin əcnəbi idmançısı seçilən...

Ansi cari mövsümdə az oyun vaxtı alsa da, Premyer Liqanın XVIII turunun ən yaxşı futbolçusu seçilib. "InStat” şirkəti "Sabah”la 1:1 hesabı ilə başa çatan matçda 90 dəqiqə forma geyinmiş albaniyalını fərqləndirib.

Aqolli Azərbaycanda ən böyük mükafatlarından birini 2016-cı ildə alıb. O, İdman Araşdırmalar Mərkəzinin keçirdiyi sorğuda "İlin əcnəbi idmançısı” seçilib və mükafatlandırma mərasimində təltif edilib.

"Qarabağ”dan Pelenin sabiq klubuna keçən Aqolli

İstər komanda yoldaşları, istərsə də azarkeşlərlə çox gözəl münasibəti olan, bir çoxunun "Qaqa” deyərək müraciət etdiyi Aqollinin Azərbaycanı tərk etməsi üzücüdür. Ancaq Qurban Qurbanovun da dediyi kimi, hamının sevimlisi olan albaniyalının gələcək həyatını yaxşı qurması da önəmlidir.

Ansinin Pelenin vaxtilə formasını geyindiyi "Nyu-York Kosmos”u seçməsi təsadüfi deyil. O, ailəsi ABŞ-da yaşadığı üçün bu addımı atıb. Aqollinin əvvəlcə klubla 2 illik müqavilə bağlayacağı, futbolçu karyerasını başa vurduqdan sonra orada məşqçi işi ilə təmin olunacağı bildirilir.

Bizə yalnız "Qarabağ”ın qazandığı uğurlarda böyük pay sahibi olan albaniyalıya təşəkkür edib, uğur arzulamaq qalır. 

Yolun açıq olsun!

Mənbə: Report.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
17:56

"Roma" A Seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yenilədi

17:38

Azərbaycan millisi ardıcıl 2 qələbə ilə Ukrayna və Sinqapura rəqib oldu

17:20

Taleh də "Mingəçevir"i tərk etmək qərarına gəldi - SƏBƏB

17:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:02

"Turan Tovuz" hücumçusu ilə vidalaşdı - RƏSMİ

16:44

Seneqallı dayaq yarımmüdafiəçisi "Fənərbağça"da - RƏSMİ

16:26

"Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq..." - Ceyhun Nuriyev

16:08

Yunuszadə Premyer Liqa klubu ilə müqavilə bağlamaq üzrədir

15:53

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

Facebookdan bizi izləməyi unutmayın.
X