22:12 15.03.2019 1280

Riçard Almeyda: "Xorvatiya güclü rəqibdi, amma..."

"Çətin oyun oldu. Ümumiyyətlə, bilirik ki, çempionatda asan oyun yoxdur. Birinci hissədə əsas komandanın əzmkarlığını qeyd edərdim. İlk qolu biz vursaq da, rəqib hesabı bərabərləşdirdi. İkinci hissədə daha çox qol imkanımız oldu. Amma yenə deyirəm ki, xarakteri qeyd etməliyik. Büdrəyə bilmərik və qələbə üçün sevincliyik".


Fanat.Az xəbər verir ki, bunu "Qarabağ"ın və Azərbaycan milli komandasının futbolçusu Riçard Almeyda səfərdə "Səbail"ə 2:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXI tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.


Almeyda digər suallara da cavab verib.


 

- Artıq qarşıda 7 tur qalıb. Ümidiniz varmı ki, mövsümün sonunda "Neftçi”ni keçə biləcəksiniz?

- Əlbəttə. Bu, futboldur, hər şey ola bilər. Həm "Neftçi”, həm də "Qarabağ” yaxşı komandadır. Bu gün onlar bizdən irəlidədirlər. Bu da normaldır. Əvvəlki formamızı bərpa etməyə başlayırıq. Bir məqsədimiz var: bütün oyunlarda qələbə qazanmaq.


- Bu mövsüm "Qarabağ” "Səbail”, "Zirə” kimi komandalarla oyunlarda çox əziyyət çəkir. Bu, nə ilə əlaqədardır?

- Həmin komandalar çox artırıblar, heyətlərinə yaxşı futbolçular qatıblar. Ona görə də oyunlar çətin keçir. Nəzərə alaq ki, biz ardıcıl 5 il çempion olmuşuq. Bu səbəbdən bütün komandalar bizi məğlub etmək istəyirlər.


- Mahir Mədətovun bu qədər qol fürsətini boşa verməsi haqqında siz nə düşünürsüz?
- Hər bir futbolçunun çətin dövrləri olur. Ona dəstək vermək lazımdır. Amma Mahir öz üzərində işləyən futbolçudur. Həmişə məşqdən sonra qalıb, çalışır. Dəstək çox önəmlidir. Məsələn, "Barselona"nın futbolçusu Koutinyonu götürək: neçə oyun idi qol vurmurdu. Azarkeşlər ona dəstək oldular. Son oyunda qol da vurdu. Əsas odur ki, komanda yoldaşlarının inamını hiss etsin.


- "Səbail” dünyaca tanınmış futbolçu Maykl Essyeni heyətinə qatır. Bu gün oyunu da tribunadan izlədi. Buna münasibətiniz maraqlı olardı...
- Essyen kimi futbolçuların Azərbaycana gəlməsi çempionat üçün yaxşı reklam olar, Premyer Liqanın səviyyəsini qaldırar. Onun oyunlarını çox izləmişəm. Dəyər verdiyim futbolçulardan biridir, Çempionlar Liqasının qalibi olub. Ümumiyyətlə, bu tip oyunçuların gəlməsi bizim üçün də xoşdu.


 

- Qarşıda milli komandanın oyunları var. Xorvatiya ilə səfər matçından nə gözləmək olar?

- Yeni baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında məşqə çıxacağıq. Oyun fəlsəfəsini biləcəyik. Əlbəttə, Xorvatiya çox güclü rəqibdir, dünya çempionatının finalçısıdı. Amma gələcəyi görmək olmur. Biz də çalışacağıq ki, səfərdə yaxşı nəticə qazanaq.

 

 

 

Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:10

Avropa Liqası: "Sabah" - "Sele" oyununda 4 qol var - YENİLƏNIR

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

10:23

Avroliqa mübarizəsi Bakıda start götürür

09:45

"Araz-Naxçıvan"ın rəqibi son oyununda 2 qol vurub uduzdu

09:23

PSJ "Real Madrid"i belə "döyüb" finala çıxdı - VİDEO

01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

Facebookdan bizi izləməyi unutmayın.
X