"Azərbaycanda paytaxt Bakıda yaşayırdım. Çox gözəl və maraqlı şəhərdi, insanları çox mehribandılar. Vaxtımın çox hissəsini komanda ilə birlikdə keçirirdim, filmlərə gedirdik. Demək olar ki, bütün komanda yoldaşlarım rus dilində danışmağı bacarırdı, bəziləri bilmirdi".
Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ”ın sabiq hücumçusu Yaroslav Deda deyib.
Martda "Karpatı”ya transfer olunan 19 yaşlı futbolçu Ukrayna mətbuatına müsahibəsində Azərbaycan vətəndaşlığını qəbul etməməsinin səbəbini açıqlayıb: "2017-ci ilin qışında ölkəmə getməzdən əvvəl belə bir təklif almışdım. Əvvəl bunu düşündüm. Valideynlərimlə məsləhətləşmək üçün vaxt istədim. Düzünü desəm, valideynlərim buna qarşı çıxdılar, mən də vətəndaşlığımı dəyişmək istəmədim. Mən ukraynalıyam. Bu ölkənin yığma komandasında çıxış etmək istəyirəm. Artıq fərqli yaş qrupları üçün oynamışam. Milli komandada oynamaq üçün əlimdən gələni edəcəm".
Deda "Qarabağ"dan ayrılmasının səbəbini açıqlayıb: "Orda oynamaq istəmədim, rəhbərlikdən xahiş etdim ki, müqaviləmi ləğv etsinlər. Onlar da bunu mövsümün sonunda edə biləcəklərini dedilər. 2018-ci ilin mayında vətənə qayıtdım. "Qarabağ"la razılığa gələ bilmədik, "Karpatı” məni aldı".
Fanat.Az