Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Fanat.Az xəbər verir ki, komitə üzvləri I divizionun XX turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Sabah-2" ilə oyunda "Zirə-2"nin formasını geyinən milli komandamızın sabiq üzvü Pərdis Fərcad Azad, "Zaqatala" ilə matçda "Sumqayıt-2”nin oyunçusu Baxşəli Baxşəliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Hər iki futbolçu 1 oyun cəzalandırılıb, klubları 20 manat cərimə edilib.
"Sumqayıt-2" 6, "Neftçi-2” "Qaradağ Lökbatan” 4 futbolçusu sarı vərəqə aldığından 80 manat cərimələnib.
Fanat.Az