"Maraqlı oyun keçdi. Qol buraxmağımıza baxmayaraq, özümüzə gəldik. Uşaqlar istəkli oynadılar. Qalib gəldiyimizə görə sevinirik".
Fanat.Az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Elşad Əhmədov Topaz Premyer Liqasının XXIII turunda evdə "Səbail"ə 3:1 hesabı ilə qalib gəldikləri noyundan sonra deyib.
Baş məşqçi qələbəyə görə komandaya mükafat veriləcəyini bildirib: "Bəli, rəhbərlik paltardəyişmə otağına daxil oldu və futbolçularımıı təbrik etdi. Mükafatın nə qədər olduğunu bilmirəm".
Əhmədov Eltun Turabovu Şakir Seyidovla əvəzləməsinin nəticəyə hesablanmış addım olduğunu bildirib: "Səbail"dən həmişə əks-hücumlarda qol buraxırıq. Ona görə 3 mərkəz müdafiəçisi ilə oynadıq. Cinahlardan hücumlar qurmalı idik. Şakir perspektivli futbolçudu, gələcəkdə bizə kömək edəcək".
Fanat.Az