"Neftçi”nin çempionluq mübarizəsini davam etdirməsi SOCAR-dakıları ruhlandırıb.
Fanat.Az-ın məlumatına görə, Bakı təmsilçisinin sponsoru mövsümün sonunda transferlərə böyük məbləğdə pul ayırmağı planlaşdırıb.
Belə ki, "ağ-qaralar” uzun illərdən sonra "Qarabağ”ı qabaqlaya bilsə, Çempionlar Liqasında iştirak hüququ qazansa, komandaya 3 ödənişli legionerin transferi üçün əlavə 1 milyon dollar xərcləmək imkanı yaradılacaq. Bakılılar "qızıl”a qovuşmasa, sözügedən məbləği də görməyəcək.
Fanat.Az