19:10 10.04.2019 1775

Essyenin maaşını “Səbail” yox, AFFA verir - transferi ziyafətdə həll olunub

Maykl Essyenin "Səbail”ə keçidinin detalları məlum olur. Qanalı yarımmüdafiəçinin transferi sən demə, yeyib-içmək masası arxasında gerçəkləşib.

Bakıda ötən ay Avropa Liqasının finalı üçün təşkil olunan "Ulduzlar matçı”na qatılan Essyen daha sonra ziyafətdə iştirak edib. AFFA rəhbərliyinin, bir sıra veteran futbolçunun qatıldığı, ulduz qonaqların şərəfinə verilən ziyafətin gedişində Maykldan ölkəmizdə oynaması haqda fikri soruşulub. O isə karyerasını bitirmək istəəmədiyini və yaxşı təklif olarsa, oynamağa davam edəcəyini bildirib.

Bunu "CBC Sport”da qonaq olan təcrübəli məşqçi Ağasəlim Mircavadov etiraf edib. O, sözügedən ziyafətdə Essyenlə bu barədə söhbət edildiyini dilə gətirib.

Məlumata görə, sonradan AFFA rəhbərliyini kimlərsə bu transferin vacibliyinə inandıra bilib. Guya ki, Essyenin gəlişi ölkə futbolunun reklamı baxımından önəmli olacaq. Təəssüf ki, Azərbaycanda bu məsələlər məhz belə həll olunur. Heç kim Essyenin 37 yaşı olduğuna, çoxdan aktiv futbolla məşğul olmamasına, sonuncu dəfə İndoneziyada top qovmasına fikir verməyib. Hətta onun karyerasını bitirmiş futbolçularla birlikdə şou tipli oyunda iştirak etmək üçün Bakıya gəldiyini də "xatırlamayıblar”.

Beləcə, Essyenlə danışıq aparılıb və onunla ilyarımlıq müqavilə razılaşdırılıb. İlk vaxtlar 300 min avro qarşılığında ölkəmizdə oynamağa razılıq verdiyi deyilən Mayklla bağlı indi yeni xəbərlər ortaya çıxır. Deyilənlərə inansaq, Essyen bu müddətdə 1,5 milyon dollar qazanacaq. "Səbail”in digər futbolçularını narazı salan da bu məbləğdi. Onlar meydanda yeriməyə taqəti olmayan futbolçuyla özləri arasında onqat fərq qoyulmasını həzm edə bilmirlər.

Təbii ki, "Səbail”in büdcəsi belə maliyyə ağırlığına dözməz. Ona görə də qanalı legionerin pulu AFFA tərəfindən ödəniləcək. Onsuz da klub elə assosiasiyanındı. Bu səbəbdən Essyen transferini qohumlar tərəfindən idarə olunan Bayıl klubuna hədiyyə də saymaq olar.

Klubda oynayan futbolçuların maaşının AFFA tərəfindən ödənməsi təzə xəbər deyil. Ramil Şeydayev "Trabzonspor”da, "Jilina”da oynayanda da onun əməkhaqqısının böyük qismini bizimkilər qarşılayırdı. Kamran Ağayevlə Emin Mahmudovun Portuqaliyada çıxış etməsinə də bu amil yardımçı olmuşdu. Hətta Eminin "Neftçi”dəki ilk mövsümündə maaşı AFFA-dan verilirdi, bununla bağlı problem yadınızda olar. Fərq ondadı ki, indiyədək milliləşmiş və ya xaricdə yetişən azərbaycanlıların legioner həyatı yaşaması üçün belə süni fədakarlıq edilirdisə, indi muzeyə qoyulmalı olan veteranlara milyonlar xərclənir.
 
Mənbə: Futbolinfo.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
00:33

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

Facebookdan bizi izləməyi unutmayın.
X