"Qarabağ”ın prezidenti Abdolbari Gözel klubu ziyarət edib.
Fanat.Az-ın məlumatına görə, Abdolbari Gözəllə yanaşı vitse-prezident Tahir Gözəl də ziyarətçilər arasında olub.
Klub prezidenti əsas komandanın baş məşqçisi Qurban Qurbanovla görüşüb. Çempionat və kubokda son durum və gələcək planlar müzakirə olunub.
Görüş sonunda klub başqanı komandaya inandığını bildirib və hər 2 turnirdə uğurlar arzulayıb.
Fanat.Az