Moskva "Spartak”ının azərbaycanlı futbolçusu Ayaz Quliyev ictimai qınağa tuş gəlib.
Fanat.Az
"Moskovskiy Komsomolets”ə istinadən xəbər verir ki, 22 yaşlı
yarımmüdafiəçi Moskva küçələrinin birində amerikalı turisti döyüb.
Hadisə bu gün saat 10-11 aralığında kameraların yaddaşına köçürülüb. Quliyev idarə etdiyi maşınla
svetofora məhəl qoymadan yolu qırmızı işıqda keçib. Bu zaman onun avtomobili piyada
keçidindəki amerikalı turistə - Maykl Ko Couns Eliyə toxunub. Maşından düşən
Ayaz piyadaya hücum çəkib. Gənc futbolçu amerikalının burnunu qırıb. Hadisə
yerinə polis və təcili tibbi yarım gəlib.
Quliyev əvvəlcə günahın turistdə olduğunu, onun maşınına zərbə vurduğunu desə
də, daha sonra səhvini etiraf edib və qarşı tərəfdən dəfələrlə üzr istəyib. O,
turistin xəstəxana xərcini də üzərinə götürüb. Couns Eli isə futbolçudan
şikayətçi olmadığını bildirib.
Rusiya mətbuatı ötən ilin dekabrında "Mersedes"
alan Quliyevin 200-ə yaxın yol hərəkət qaydasını pozduğunu vurğulayıb.
|
Fanat.Az