"Səbail" Topaz Premyer Liqanın XXIV turunda "Neftçi"ni qəbul edəcək.
Fanat.Az xəbər verir ki, komandanın qapıçısı Aleksandr Rıbka oyunla bağlı fikirlərini klubun mətbuat xidmtəinə bölüşüb.
Ukraynalı qolkiper yalnız üç xal haqda düşündüyünü bildirib: "Rəqibi düşünmürəm. Diqqətimi qarşıdakı oyuna yönəltmişəm və komandaya üç xal qazandırmaq üçün əlimdən gələni edəcəyəm. Hazırda ancaq bunu düşünürəm".
Qeyd edək ki, aprelin 14-də "Bayıl Arena"da keçiriləcək "Səbail" - "Neftçi" oyunu 18:00-da başlayacaq.
Fanat.Az