Bu gün AFFA-nın təşkilatçlığı ilə keçirilən liqalarda növbəti oyunlarına çıxan "Sabah"ın U-11 və U-12 komandalarının üzvləri xoş sürprizlə qarşılaşdılar.
Fanat.Az xəbər verir ki, "Sabah"ın əsas heyətinin qapıçısı Saşa Stamenkoviç və yarımmüdafiəçi Rəşad Eyubov oyunların keçirildiyi məkana gələrək, azyaşlı futbolçulara dəstək olublar. Saşayla Rəşad matçdan öncə U-11 və U-12 komandasının üzvləri ilə görüşərək, onlara öz məsləhətlərini verməklə yanaşı, gələcək oyunlarda uğurlar arzuladılar.
Qeyd edək ki, "Sabah"ın U-11 komandası liqanın 1/4 final mərhələsinin "Neftçi” ilə cavab oyunundan 3:1 hesablı qələbə ilə ayrılaraq yarımfinala vəsiqə qazanıb (ilk oyun – 1:1).
U-12 isə liqanın 1/4 final mərhələsinin "Neftçi” ilə ilk oyunundan məğlub ayrılıb (0:1).
Fanat.az