"Qəbələ" "Zirə" ilə keçirdiyi Topaz Premyer Liqasının XXV tur matçında ciddi itki ilə üzləşib.
Fanat.Az xəbər verir ki, komandanın əsas qapıçısı qapıçı Dmitri Bezotosnı zədələnib. Ukraynalı qolkiper matçın 45-ci dəqiqəsində qapıdan zərbə zamanı sağ ayağından zədə alıb.
Tibbi müdaxiləyə baxmayaraq, ukraynalı oyunçu çıxışını davam etdirə bilməyib. Meydanı tərk edən Bezotosnını Anar Nəzirov əvəzləyib. Onun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.
Fanat.Az