"Qarabağ” Topaz Premyer Liqasında ardıcıl 5-ci qələbəsini qazanıb.
Fana.Az PFL-in saytına istinadən xəbər verir ki, bu, 25-ci turun "Keşlə” ilə görüşünə (3:0) təsadüf edib.
Qurban Qurbanovun komandası bunadək "Səbail” (2:1), "Sumqayıt” (6:0), "Qəbələ” (2:1) və "Sabah”a (3:0) qalib gəlib. "Qarabağ”ın bu seriyası mövsümün rekordudu.
Fanat.Az