"InStat”ın təhlilinə əsasən Topaz Premyer Liqasının 2018/19 mövsümünün XXV turunun ən yaxşı futbolçusu müəyyənləşib.
Fanat.Az PFL-in saytına istinadən xəbər verir ki, bu, "Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubirdi. Fransız oyunçu "Keşlə”yə qarşı görüşdə 75 dəqiqə meydanda olub və 1 qolla yadda qalıb.
Araşdırmalara əsasən Abdullah Zubir turun ən yaxşı indeksə malik futbolçusudu.
Fanat.Az