"Qəbələ"nin və milli komandamızın üzvü Bəhlul Mustafazadəyə Şotlandiyadan daha bir təklif var.
Fanat.Az Şotlandiya mediasına istinadən xəbər verir ki, "Seltik"in maraq dairəsində olan futbolçumuzu "Reyncers"də istəyir. İddiaya görə, bir müddətdi "Seltik"in danışıqlar apardığı Bəhlulu Qlazqo təmsilçisi də heyətinə qatmağa çalışır.
Bildirilir ki, "Reyncers" rəhbərliyi bu məsələdə bir müddət qəbələnin formasını geyinən Endi Hallideydən yardım istəyib. Şotland futbolçu Bəhlulu bu kluba keçməyə razı salmalıdı. Hallideyi "Reyncers" 2017/18 mövsümündə "Qəbələ"yə icarəyə vermişdi.
Qeyd edək ki, "Seltik" və "Reyncers" Şotlandiyanın ən köklü klublarıdı. "Reyncers" 54 çempionluqla ölkə çempionatının mütləq rekordçusudu. "Seltik" isə 49 dəfə çempion olub və bu göstəricidə ikincidi.
"Seltik" cari mövsümdə 50-ci çempionluğunu qazanmağa yaxındı. Komanda 34 turdan sonra 78 xalla turnir cədvəlinə başçılıq edir. "Reyncers" isə 69 xalla ikincidi.
Fanat.Az