11:59 30.04.2019 1410

Elxan Məmmədov pivəni neçəyə satacaq? - REPLİKA

AFFA-nın baş katibi Elxan Məmmədov Rusiyanın "Sovetskiy Sport” nəşrinə müsahibə verib. Müsahibənin əsas mövzusu Avropa Liqasının Bakıda keçiriləcək final oyunu olub.
 
Rusiyalı həmkarlarımız baş katibdən "iqtisadi baxımdan finalda kimləri görmək daha sərfəlidi” sualına da cavab istəyiblər. 
 
Elxan Məmmədovun cavabına diqqət yetirək: "Əlbəttə, ingilisləri. Təkcə pivəylə bütün xərclər bağlanacaq”.
 
Bu cavaba təəccüblənməmək mümkün deyil. Ya baş katib riyaziyyatı yaxşı bilmir, ya da ki, pivəni Bakıya gələn turistlərə neftdən də baha qiymətə satmaq fikrindədilər.
 
Adicə bir hesablama aparaq. Elə həmin müsahibəsində baş katib bildirir ki, UEFA artıq 21 min bileti satıb, 15 min bilet isə azərbaycanlı azarkeşlər üçün nəzərdə tutulub. Deməli, yerdə təxminən 25-30 min bilet qalır. Çünki Bakı Olimpiya Stadionu 65 min azarkeş tutumuna malikdir. Lap deyək ki, Bakıya 30 min ingilis azarkeş gələcək. Final oyununun təşkili üçün 7 milyon dolların xərcləndiyini də Elxan Məmmədov özü deyib.
 
Bu günkü məzənnə ilə 7 milyon dollar 11 milyon 900 min manata bərabərdir. Həmin rəqəmi də 30 min ingilisin sayına bölək. Cavab 396,6-ya bərabərdir. Yəni, ingilislərin hər biri 400 manatlıq pivə içməlidi ki, baş katib yalançı çıxmasın. Normal insanın iki gün ərzində 30 bokal pivə içə biləcəyinə inansaq, onda qiymətin 13 manat olması lazımdı. Düzdü, pivənin çərəzləri də olacaq. Noxud, yaxud da quru balığa xərclənən pulları da məbləğə əlavə etmək olar. Amma bir məsələ var ki, Bakıya gələn ingilislərin heç də hamısı pivə həvəskarı olmaya bilər. Ona görə də bu məqamı nəzərə almaq lazımdı. 
 
Yəqin ki, bunları Elxan Məmmədov da nəzərə alıb. Çünki menecerliyi, pul-para işini yaxşı bacarır. Deməli, baş katib ingilis qonaqlara bir pivə bokalını 13 manatdan satmağa hazırlaşır. Bazar olsun!
 
Mənbə: Sport7.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2025
17:48

MPL: "Neftçi" "Səbail"i yenir -YENİLƏNİR

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

01:05

İtaliya A Seriyası: "Atalanta"dan çətin qələbə

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

Facebookdan bizi izləməyi unutmayın.
X