AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Fanat.Az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın XXVI turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Sabah"la oyun başa çatdıqdan sonra "Keşlə"nin futbolçus Edvinas Girdvainis əli ilə stadionun koridorunun pəncərəsini sındırıb. İntizam Komitəsi "Sabah"ın təqdim edəcəyi hesabata əsasən dəyşmiş ziyanın "Keşlə" tərəfindən ödənilməsinə qərar verib.
"Keşlə" həmçinin futbolçusu sarı vərəqə aldığından 800 manat cərimə edilib. Eyni səbəbdən "Zirə" və "Səbail"də eyni məbləğdə cərimələnib. Birincilərin "Qarabağ"la, ikincilərin "Qəbələ" ilə oyunda 4 futbolçusu sarı vərəqə alıb.
Fanat.Az