11:41 03.05.2019 1279

Azərbaycan Kubokunun 9-cu sahibi müəyyənləşəcək

"Sumqayıt” Azərbaycan Kuboku tarixinə finala yüksələn 17-ci komanda kimi düşüb. 

Fanat.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bunadək keçirilmiş 25 finalda 16 komanda iştirak edib. Bu göstəricidə rekord "Neftçi”yə məxsusdur – 10 dəfə. "Qarabağ” 9, "Xəzər Lənkəran” və "Keşlə” hərəyə 5 dəfə finalda meydana çıxıb.

"Qarabağ”ı iki oyunun nəticəsinə görə (1:0, 1:2) məğlub edərək yarımfinal səddini adlayan "Qəbələ” isə 4-cü dəfə bu nailiyyətə imza atıb və "Kəpəz”ə çatıb. "Bakı” 3, "Kür-Nur”la "Şəmkir” hərəyə 2 dəfə finalda oynayıbsa, digər komandalar - "İnşaatçı” (Bakı), "İnşaatçı” (Sabirabad), "Şəfa”, "Xəzər” (Lənkəran), "Karvan”, "Xəzri” və "MKT-Araz” bir dəfə həlledici qarşılaşmada iştirak hüququ qazanıb. 

İlk dəfə finala yüksələn "Sumqayıt” kimi 4-cü dəfə həlledici görüşə vəsiqə qazanan "Qəbələ” də heç vaxt kuboku qazanmayıb. Bu isə o deməkdir ki, turnirin yeni qalibi olacaq. İndiyədək 8 komanda titula yiyələndiyindən bu klub kubokun 9-cu sahibi kimi tarixə düşəcək. "Neftçi” və "Qarabağ” hərəyə 6, "Kəpəz” 4, "Xəzər Lənkəran”la "Bakı” hərəyə 3, Bakı "İnşaatçı”sı, "Şəfa” və "Keşlə” hərəyə bir dəfə mükafatı başı üzərinə qaldırıb.

Peyman Babayi isə "Sumqayıt” klubunun tarixinə düşüb. O, 2010-cu ildə yaranan komandanın heyətində rəsmi görüşdə ilk "het-trik" müəllifi adına yiyələnib. Cənubi azərbaycanlı legioner buna Azərbaycan kubokunun yarımfinal mərhələsinin "Zirə” ilə səfərdəki cavab matçında (3:3) nail olub.

Qeyd edək ki, Babayi Azərbaycan Kubokunda mövsümün ilk het-trikinə imza atıb. Turnirdə bunu bacaran sonuncu futbolçu Filip Ozobiç olmuşdu. "Qəbələ”də çıxış etdiyi vaxt "Mil-Muğan”a (8:0) üç qol vuran xorvatiyalı yarımmüdafiəçi 518 gün əvvəl - 2017-ci il noyabrın 29-da fərqlənmişdi.
 

Tarix

qalib

Finalçı

hesab

1992

"İnşaatçı” (Bakı)

"Kür” (Mingəçevir)

2:1, əlavə vaxtda

1993

"Qarabağ” (Ağdam)

"İnşaatçı” (Sabirabad)

1:0, əlavə vaxtda

1993/94

"Kəpəz” (Gəncə)

"Xəzər” (Lənkəran)

2:0

1994/95

"Neftçi” (Bakı)

"Kür” (Mingəçevir)

1:0

1995/96

"Neftçi” (Bakı)

"Qarabağ” (Ağdam)

3:0

1996/97

"Kəpəz” (Gəncə)

"Xəzri” (Bakı)

1:0

1997/98

"Kəpəz” (Gəncə)

"Qarabağ” (Ağdam)

2:0

1998/99

"Neftçi” (Bakı)

"Şəmkir”

0:0, pen 5:3

1999/2000

"Kəpəz” (Gəncə)

"Qarabağ” (Ağdam)

2:1

2000/01

"Şəfa” (Bakı)

"Neftçi” (Bakı)

2:1

2001/02

yarımçıq qalıb

2002/03

keçirilməyib

2003/04

"Neftçi” (Bakı)

"Şəmkir”

1:0, əlavə vaxtda

2004/05

"Bakı”

"İnter” (Bakı)

2:1, əlavə vaxtda

2005/06

"Qarabağ” (Ağdam)

"Karvan” (Yevlax)

2:1

2006/07

"Xəzər-Lənkəran”

"MKT-Araz” (İmişli)

1:0

2007/08

"Xəzər-Lənkəran”

"İnter” (Bakı)

2:0, əlavə vaxtda

2008/09

"Qarabağ” (Ağdam)

"İnter" Bakı

1:0

2009/10

"Bakı”

"Xəzər-Lənkəran”

2:1, əlavə vaxtda

2010/11

"Xəzər-Lənkəran”

"İnter” (Bakı)

1:1, pen 4:2

2011/12

"Bakı”

"Neftçi” (Bakı)

2:0

2012/13

"Neftçi” (Bakı)

"Xəzər-Lənkəran”

0:0, pen 5:3

2013/14

"Neftçi” (Bakı)

"Qəbələ"

1:1, pen.3:2

2014/15

"Qarabağ” (Ağdam)

"Neftçi” (Bakı)

3:1

2015/16

"Qarabağ” (Ağdam)

"Neftçi” (Bakı)

1:0, əlavə vaxtda

2016/17

"Qarabağ” (Ağdam)

"Qəbələ"

2:0

2017/18

"Keşlə" (Bakı)

"Qəbələ"

1:0


Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

09:00

"Mən Qvardiola və Mourinyu ilə müqayisədə heç kiməm" - Dünya çempionu olan məşqçi

Facebookdan bizi izləməyi unutmayın.
X