"Sumqayıt”ın prezidenti Riad Rəfiyevin "Neftçi”nin prezident postunu tutmayacağı dəqiqləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, çempinluq hədəfinin öhdəsindən gəlməyən "ağ-qaralar”ın prezidenti göndərilsə belə, onun yerini Rəfiyev tutmayacaq.
Düzdü, "kimyaçılar”ın menecer-başqanı AFFA-nın baş katibi Elxan Məmmədovun yetirməsidi. Amma əsas söz sahibi sayılan SOCAR-da Riad Rəfiyev variantının üstündən xətt çəkilib. Sumqayıt təmsilçisinin başqanı postunu tutan adamın adının mətbuatda "Neftçi” ilə yanaşı hallanması əks-effekt verib.
Onu da qeyd edək ki, gələn ayın ortalarınadək "Neftçi”də prezident postunu kimin tutacağı dəqiqləşəcək.
Fanat.Az