Qazaxıstan kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
Fanat.Az-ın məlumatına görə, Azərbaycan millisinin qolkiperi Emil Balayevin şərəfini qoruduğu "Tobol” da növbəti görüşünü keçirib.
Kustanay təmsilçisi səfərdə "Kayrat”la üz-üzə gəlib və 5:1 hesablı qələbə qazanıb.
Oyun Emil üçün uğurlu başlasa da, uğursuz yekunlaşıb. Millimizin qapıçısı start heyətində başladığı görüşün 32-ci dəqiqəsində, hesab 2:0 komandasının xeyrinə olarkən rəqib hücumçu ilə təkbətək zamanı zədələnib. Sol dizindən xəsarət alan qolkiperi oyuna qaytarmağa çalışan həkimlərin səyləri nəticə verməyib və o, 40-cı dəqiqədə yerini komanda yoldaşına vermək məcburiyyətində qalıb.
"Tobol”un yarımfinaldakı rəqibinin püşkatmadan sonra müəyyənləşəcəyini bildirək.
Fanat.Az