"Sabah”ın U-10 komandası Şimal Regional Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirdə iştirak edib.
Fanat.Az xəbər verir ki, qrup mərhələsini birinci pillədə başa vuran Savalan Əlizadənin yetirmələri yarımfinalda "Sumqayıt”ı məğlub edərək (2:1) finala vəsiqə qazanıb. Həlledici görüşdə EFA-ya məğlub olan (0:2) komandamız turniri ikinci pillədə başa vurub.
Fanat.Az