"Qarabağ" "Neftçi"nin biletlərin qiymətini 50 manata qaldırmasına maraqlı cavab verib.
Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun Fanat.Az-a verdiyi məlumata görə, Ağdam təmsilçisinin rəhbərliyi azarkeşlərinə 700 bilet paylayıb. Bakı klubunun kassalarından 35 min manatlıq bilet alan bölgə klubunun idarəçiləri tərəfdarlarına nə dərəcədə önəm verdiyini bu jestlə göstərib.
Fanat.Az