Azərbaycan Premyer Liqasının XXVIII turunda səfərdə "Səbail”i 4:1 hesabı ilə məğlub edən "Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov mətbuat konfransı keçirib.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.
- Motivasiyasız, emosiyasız oyun idi. Bəlkə də
futbolçularımız təzyiq altında olmadığı üçün belə oynadı. Məncə, bu cür
oyunlarımız çox oldu. Sadəcə, futbolçularda özünəinam yox idi. Bəlkə də
"Səbail” 3-cü pilləni təmin etdiyindən bir qədər rahat idi.
- Bu gün
Lisenziyalaşdırma Komitəsinin qərarı verilib və 1-ci diviziondan heç bir klub
Lisenziya almayıb…
- Bu xəbəri sizdən eşidirəm. Hər halda, qərar qərardı. Oyun
isə emosiyasız keçdi. Qərarı AFFA verib və buna hörmətlə yanaşırıq.
- Komandada
qalacaqsınız?
- Bazar ertəsi klub prezidenti ilə görüşümüz olacaq. Hər şey Zaur
Axundovun qərarından asılıdı.