"Zirə”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində "Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
"Formal xarakter daşıyan oyun idi. Yaxşı ki, udduq. Bu il bizim üçün çətin keçdi. Kubokda uduzduq, çempionatda da istədiyimiz yerə gəlib çıxa bilmədik. Gələcək üçün yaxşı komanda hazırlamalıyıq.
Abasov rəhbərliklə danışdığını və komandada qalacağını söyləyib: "Rəhbərliklə
ilkin danışığımız olub. Qalacam. Bir də görüşümüz olacaq. Çox şeyi müzakirə
edəcəyik”.
Fanat.Az