"Mövsüm mənim üçün ağır başladı. Bunun səbəbləri çoxdur, indi danışmaq
istəmirəm".
Fanat.Az-ın məlumatına görə,
bu sözləri Azərbaycan Premyer Liqasının 28-ci turunun "Neftçi" ilə
oyunundan (3:2) sonra"CBC Sport" telekanalına açıqlamasında
"Qarabağ"ın hücumçusu Mahir Mədətov deyib.
"Sonlara doğru özümü
sübut etdim. Bu, tək bombardirliklə bağlı deyil, həm oyun baxımdan artırdım.
Həqiqətən sevinirəm. Artıq istirahətə gedirik. Sizə də uğurlar, bizə də”.
"Neftçi"nin qapısına 2 top vurmaqla mövsümün bombardiri olan Mahir
bununla bağlı da təəssüratlarını bölüşüb. Hətta o, zarafatla əsas rəqibi Dabonu
zədələdiyi üçün komanda yoldaşı Maksim Medvedevə təşəkkür etdiyini
bildirib: "Dabonu zədələdiyinə görə, Maksimə "çox sağ ol"
demişəm".
Qeyd edək ki, Mahir 16 qolla çempionatın bombardiri olub.
Fanat.Az