"Çox sevindirici haldır ki, "Qarabağ" ölkə çempionu oldu. Bu həm də qanunauyğun çempionluqdur".
Fanat.Az-ın məlumatına görə, bunu Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov deyib.
V.Həsənov "Qarabağ"ı Ağdamda çempionluq kuboku ilə qarşılamağa hazır olduqlarını bildirib:
"Onları Ağdamın girişindəki Sultanbud təpəsində qarşılayacağıq. Oradan isə Quzanlı Olimpiya Kompleksinin stadionuna gedəcəyik. İnanıram ki, çox yaxın vaxtlarda Ağdamın mərkəzindəki "İmarət" stadionunda oynayacağıq. O gün olsun, "Qarabağ" doğma rayonundakı stadionunda çıxış edəndə çempionluq yaşasın".
"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Vaqif Həsənova çempionluq kubokunu Ağdama aparacaqlarına söz verib.
Fanat.Az