Azərbaycan Premyer Liqasının
başa çatan 2018/2019 mövsümünün sonuncu –4-cü dövrəsinin ən yaxşısı
"Qarabağ” olub.
Fanat.Az PFL-in
saytına istinadən xəbər verir ki, ardıcıl 6-cı, ümumilikdə 7-ci dəfə Azərbaycan
çempionu adını qazanan Ağdam təmsilçisi sonuncu dövrənin bütün oyunlarında
qələbə qazanıb. 7 turluq bölümdə xal itirməyən ağdamlılar hamıdan çox – 24 qol
vurub, ən az – 3 top buraxıb. "Neftçi” dövrənin ikincisi, "Sumqayıt” isə
üçüncüsü olub. "Keşlə” isə son 7 turun ən zəif komandasıdı.
Qeyd edək ki, dövrənin 28 matçında 89 qol vurulub. Orta məhsuldarlıq 3,18-ə bərabər olub.
Fanat.Az