Azərbaycanı Çempionlar
Liqasında təmsil
edəcək "Qarabağ"ın 2-ci təsnifat mərhələsində hansı səbətdə yer
alacağı bəllidi.
Fanat.Az xəbər verir ki, Ağdam
təmsilçisi ilk mərhələdə olduğu kimi 2-ci mərhələdə də səpələnmişlər səbətində yer alacaq. Buna
səbəb UEFA reytinqində özündən irəlidə olan Yunanıstan çempionu PAOK-un
mübarizəyə 3-cü təsnifat mərhələsindən başlamasıdır.
Beləliklə, "Qarabağ"ilk mərhələn keçsə, yenidən güclülərin
sırasında olacaq və nisbətən asan rəqiblə qarşılaşacaq.Qurban Qurbanovun
komandası 1-ci mərhələni keçsə, növbəti rəqibi "Rusenborq" (Norveç),
HİK (Finlandiya), "Dundalk" (İrlandiya), "Düdelanj"
(Lüksemburq), "Şkendiya" (Makedoniya), TNS (Uels) və ya
"Slovan" (Slovakiya) ola bilər.
Ağdam klubu2-ci təsnifat mərhələsini keçə bilsə,3-cü mərhələdə səpələnməmişlər səbətində qərarlaşacaq.
Qeyd edək ki, Çempionlar Liqasının 1-ci və 2-ci təsnifat mərhələlərinin püşkatma mərasimi iyunun 18-də keçiriləcək.
Fanat.Az