Azərbaycan Premyer Liqasının bürünc medallarını qazanan "Səbail” yeni mövsüm üçün heyət qurmağa başlayıb.
Fanat.Az xəbər verir ki, paytaxt klubu komandanın əsas liderlərindən olan Rahid Əmirquliyevi heyətdə saxlamağa qərar verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məlumatda yarımmüdafiəçi ilə müqavilənin müddətinin 1 il uzadıldığı bildirilib.
Xatırladaq ki, "Səbail” daha öncə Tamazi Tsetsxladze və Ruslan Qurbanovla yollarını ayırdığını açıqlamışdı.
Fanat.Az