UEFA Avroliqanın Bakıda keçiriləcək finalının təyinatları açıqlayıb.
Fanat.Azqurumun rəsmi saytına istinadən xəbər verir ki, iki İngiltərə təmsilçisi - "Çelsi" və "Arsenal" arasında oynanılacaq həlledici görüşü italiyalı hakimlər briqadasına tapşırıb. Duelin baş hakimi Canluka Rokki olacaq. Ona Filippo Meli və Lorenso Manqanelli kömək edəcək. Dördüncü hakim funksiyasını isə Daniele Orsato yerinə yetirəcək.
VAR (videotəkrar) sisteminə Massimiliano İrrati, Marko Quida (hər ikisi İtaliya), Şimon Marçinyak və Pavel Sokolniçki (hər ikisi Polşa) nəzarət edəcək.
Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək oyun yerli vaxtla 23:00-da başlayacaq.
Fanat.Az