"Səbail” daha iki futbolçusu ilə yeni müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, bakılılar müdafiəçi Şəhriyar Rəhimov və yarımmüdafiəçi Vüqar Bəybalayevlə də saziş yeniləyib.
Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, Vüqarla 1, Şəhriyarla 2 illik yeni anlaşma imzalanıb.
"Səbail” daha öncə Rahid Əmirquliyev, Aleksadr Rıbka və Ağabala Ramazanovla yeni müqavilə imzalandığını açıqlamışdı.
Fanat.Az