Bu gün AFFA-nın təşkil etdiyi futbol üzrə Region Liqasının 2018/19 mövsümünün final oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, "ASCO Arena"da keçirilən həlledici matçda Qusarın "Sahdağ”ıyla Sumqayıt təmsilçisi - "Uğur” üz-üzə gəlib.
İkinci hissənin sonlarında 2 top vuran "Uğur” Region Liqasının qalibi olub. Maraqlıdır ki, qollardan birinə yığmamızın və "Qarabağ"ın 32 yaşlı üzvü Vüqar Nadirov imza atıb.
Region Liqası
Final
13 may (bazar ertəsi)
"Sahdağ” (Qusar) – "Uğur”
(Sumqayıt) 0:2
Qollar: Vüsal Bayımov, 83. Vüqar Nadirov, 90+7.
Hakimlər: Kamal Umudlu, Yaşar Abbasov, Zöhrab Abbasov, Səbuhi Bayramov.
Bakı. "ASCO Arena".
Qeyd edək ki, ilk dəfə ötən il keçirilən bu turnirin qalibi "Uğur"
olub.
Fanat.Az