Region Liqasının bu günkü finalında "Şahdağ”ı 2:0 hesabıyla yenən "Uğur”un qollarından birinə imza atan Vüqar Nadirov oyundan sonra Fanat.Az-a açıqlama verib.
Nadirov öncə finalı dəyərləndirib: "Maraqlı oyun oldu. İdman maraqları olan bütün oyunlardan zövq almaq olur. Finalda qalib gəlmək xoş idi”.
Region Liqasının ən yaxşısı seçilən hücumçu yeni mövsümə Premyer Liqa klublarının birində başlamaq istədiyini söyləyib: "Ən yaxşı sayanlara minnətdarlığımı bildirirəm. Formada qalmaq üçün bu liqada oynamaqla düzgün addım atdığımı düşünürəm. Final oynamaq, qalib gəlmək həmişə sevindiricidi. Allah qoysa, növbəti mövsümə Premyer Liqa təmsilçilərimizin birində başlamaq istəyirəm. Karyeramın qalan hissəsini həvəslə kömək edəcəyim klublarımızın birində keçirmək ürəyimcə olar. Qismət olsa, bu yay Premyer Liqa klublarının biriylə anlaşacam. Özümdə Premyer Liqada çıxış etməyə bəs edəcək gücüm, həm də özümü yenidən sübut etməyə həvəsim var”.
Fanat.Az