Çexiyanın futbol üzrə gənclər liqasında əsas mərhələnin 7-ci turunun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi "Slaviya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda "Yablonets”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 5:1.
Meydana çıxdığı 25 oyunda vurduğu 19 qolla komandasının ən məhsuldar futbolçusu olan Nəbiyev bu görüşün iştirakçısı olmayıb.
"Slaviya”nın U-21 komandası hazırda 16 xalla 10 komanda arasında 1-ci pillədə qərarlaşıb.
Fanat.Az