Çempionlar Liqasında "Liverpul" və "Tottenhem" arasında keçiriləcək final oyununa hakim təyinatları açıqlanıb.
Fanat.Az-ın UEFA-nın saytına istinadən məlumatına görə, matçı Sloveniya Futbol Federasiyasından Damir Skomina idarə edəcək. Ona həmyerliləriYüre Praprotnik və Robert Vukan köməklik edəcək. Dördüncü hakim funksiyasını Antonio Mateu Lahos yerinə yetirəcək. VAR hakimləri Danni Makkeli və Pol van Bukel olacaq.
Bu, Skominanın karyerası ərzində ÇL-də baş hakimi olacağı ilk final matçı olacaq.
Qeyd edək ki, həlledici matç iyunun 1-i Madrid "Vanda Metropolitano" stadionunda keçiriləcək.
Fanat.Az