"Bavariya”nınmüdafiəçisi Rafinya mövsümün sonunda Münhen təmsilçisindən ayrılacaq.
Fanat.Az xəbər verir ki, bu barədə 33 yaşlı futbolçu klubun saytına açıqlamasında deyib.
O, mövsümün sonunda "Bavariya”dan ayrılacağını bildirilib. 2011-ci ildən Bundesliqa klubunda forma geyinən Rafinyanın hazırkı müqaviləsi mövsümün sonunda başa çatır.
Daha öncə Aryen Robben və Frank Riberinin də mövsümün sonunda Münhen klubundan ayrılacağı açıqlanmışdı.
Fanat.Az